QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/974_qarabagdan-qacan-erm-nil-ri-saxlamaq-ucun-qadagala

DÜNYA

Hamısı

Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub

(10 Ay, 23 Gün öncə) 5,28 B İzlenme 0 Yorum
Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub

UTVXƏBƏR DÜNYA:       Dağlıq Qarabağda separatçı quldur rejimin “rəhbəri” Araik Arutyunyan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxuya düşərək ərazini tərk edən mülki əhalini dayandırmaq üçün qadağalar tətbiq edib.

Bu barədə o, “Facebook” hesabında yazıb.

Separatçıların “rəhbəri” bölgədə tətbiq edilən hərbi rejimi bəhanə edərək çağırış yaşına çatmış şəxslərin Qarabağ ərazisindən çıxmasını qadağan edib.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun öz torpaqlarını müdafiəsi qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistan ölkə qanunlarına qarşı çıxaraq, son 1 ildə tərxis olunmuş çağırışçıları da hərbi xidmətə yenidən cəlb edib.

Eyni zamanda, işğalçı dövlət döyüşlərə artıq qocaları da məcburi cəlb edir.

Xatırladaq ki, sosial şəbəkədə mövqelərindən qaçmamaları üçün zəncirlənmiş erməni hərbçiləri, Xankəndinin tam olaraq boşalması barədə çoxlu görüntülər yayılıb.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 27 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı