QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/965_almaniya-gizlin-s-kild-nuv-muharib-sin-hazirlasir

DÜNYA

Hamısı

Almaniya gizlin şəkildə nüvə müharibəsinə hazırlaşır

(3 Ay, 8 Gün öncə) 17,21 B İzlenme 0 Yorum
Almaniya gizlin şəkildə nüvə müharibəsinə hazırlaşır

UTVXƏBƏR DÜNYA:     Almaniya Hərbi Hava Qüvvələri və NATO-dakı müttəfiqləri nüvə müharibəsinə hazırlaşırlar. Belə ki, onlar “Steadfast Noon” adlı gizli təlimə başlayıblar.

Bu barədə “Bild” xəbər yayıb.

Qəzetin yazdığına görə, manevrlərdə nüvə silahı daşıya bilən “Tornado” qırıcı-bombardmançı təyyarələri iştirak edir. Təlimlər ABŞ “B61” hidrogen bombaları üçün alternativ anbar sayılan Nörfenixdə hava bazasında keçirilir.

Bu döyüş başlıqlarının Reynland-Pfalzdakı Büxel bazasında olduğu ehtimal edilir.

Bu bazada, həmçinin, aerodromun “Patriot” RƏM (raket əleyhinə müdafiə sistemi) sisteminin köməyi ilə müdafiəsini nəzərdə tutan “Resilient Guard” təlimləri keçirilir. Təlim çərçivəsində hərbçilər nüvə silahlarının yeraltı anbarlardan təhlükəsiz şəkildə çıxarılmasını, habelə təyyarələrə daşınmasını və quraşdırılmasını tətbiq edirlər. Təlim uçuşları mərmilərsiz həyata keçirilir.

“Bild”in yazdığına görə, NATO ölkələri nüvə müharibəsi təhlükəsinin indi hər zamankından daha yüksək olduğunu qəbul edirlər. Bunun əsas səbəbi ABŞ-ın Orta və yaxın mənzilli raketlərinin ləğv edilməsi haqqında sazişindən çıxması, həmçinin, Strateji hücum silahları haqqında (SNV-3) sazişinin uzadılmasına dair şübhələrdir.

Hərbi mütəxəssislər yeni silah yarışının başlayacağına inanırlar. 

Artıq ABŞ silah sistemlərini və orta mənzilli raket yerləşdirmə sistemlərini inkişaf etdirməyə başlayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Gün, 13 Saat öncə
BIST
15690,26
ALTIN
445,977-0,02
EURO
8,9568-1,14
DOLAR
7,3962-1,02
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı