SON XƏBƏR

Hamısı

Baş Prokurorluğun kollektivi mətbuat işçilərinin peşə bayramını təbrik edib

(2 Ay, 8 Gün önce) 412 İzlənmə
Baş Prokurorluğun kollektivi mətbuat işçilərinin peşə bayramını təbrik edib.

UTVXƏBƏR.com:     Təbrikdə deyilir:

"22 iyul Azərbaycan Milli mətbuatı günü - Azərbaycan Milli mətbuatının yaradılmasının 145-ci ildönümüdür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu münasibətilə təbrik videoçarxı hazırlayaraq sosial şəbəkə səhifələrində yerləşdirmişlər. Təbrik mətnində isə bildirilir: “1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır. Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik”.


BIST
1127-2,25
ALTIN
497,802-0,84
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı