SON XƏBƏR

Hamısı

Azərbaycan Serbiyadan cavab gözləyir

(2 Ay, 10 Gün önce) 233 İzlənmə
Azərbaycan Serbiyadan cavab gözləyir

UTVXƏBƏR.com:          Serbiyanın müvəqqəti işlər vəkili Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında belə deyib.

L.Abdullayeva bildirib ki, müvəqqəti işlər vəkili hadisədən xəbərsiz olduğunu və baş verənlərdən təəssüf etdiyi bildirib:

“O bildirdi ki, bu məsələ ilə bağlı öz ölkəsinin rəhbərliyinə məlumat verəcək və ümid etdiyini bildirib ki, bu hadisə Azərbaycanla Serbiya arasında əməkdaşlığa xələl gətirməyəcək”.

Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib.

H. Hacıyev deyib ki, Serbiya tərəfi Ermənistana silah satışı ilə bağlı məsələni araşdırır. Rəsmi Bakı Serbiyadan cavab gözləyir.

 

BIST
1127-2,25
ALTIN
502,3090,75
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı