RƏSMİ

Hamısı

Qərar verildi: İyulun 9-dan...- RƏSMİ

(3 Ay, 25 Gün önce) 625 İzlənmə
Sərt karantin rejimin tətbiq edilməsi ilə fəaliyyəti bərpa olunan ekspres xətlərin fəaliyyəti gündəlik olaraq nəzarətdə saxlanılır.

UTVXƏBƏR.com:     Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur. Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki də əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir.

Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.

Dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.

Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.


BIST
1112-1,33
ALTIN
504,2621,27
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı