QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/877_deputat-musa-qasimli-mubariz-m-nsimova-d-st-k-verd

GÜNDƏM

Hamısı

Deputat Musa Qasımlı Mübariz Mənsimova dəstək verdi - UTVXƏBƏR VİDEO

(7 Ay, 2 Gün öncə) 826 İzlenme 0 Yorum
Milli Məclisin deputatı Musa Qasımlı Mübariz Mənsimova bir ziyalı olaraq dəstək verib.

UTVXƏBƏR.com:     Artıq bir aydan çoxdur ki, Azərbaycanlı iş adamı, xeyriyyəçi, milyonların sevimlisi Mübariz Mənsimov heç bir günahı olmadan Türkiyədə həbsdə saxlanılır.  Ümid Tv Azərbaycan kanalı və tabeliyində olan rəsmi saytları, ilk gündən Mübariz Mənsimovla bağlı həqiqətləri işıqlandırdı və bu gün də bu missiyanı davam etdirir. 

Ötən gün  Ümid Tv Azərbaycan kanalında canlı yayımlanan "Günün mövzusu" proqramında qonaq olan Milli Məclisin deputatı Musa Qasımlı Mübariz Mənsimova dəstək verdi. 

Deputat bildirdi ki, "Siz nə qədər məni tanıyırsınızsa, bilirsiniz ki, mən nə qədər səmimi və açıq adamam. Mən, heç bir azərbaycanlının həbsdə olmasını istəmirəm. Bir ziyalı olaraq deyirəm ki, Mübariz Mənsimov azərbaycanlıdır, imkansızlara əl tutan bir şəxsdir. Okeanlarda, Limanlarda dahi şəxsiyyətlərin adlarını yaşadan bir şəxsdir. Azərbaycan sevgisi olan bir şəxsdir.  Mən bu fikirlərimi sadə bir azərbaycanlı olaraq bir ziyalı kimi söyləyirəm. Hesab edirəm ki, Türkiyənin hüquq sistemində bir ədalət var. İnanıram ki, Türkiyə məhkəməsi ədalətli qərar çıxaracaq".

Qeyd edək ki, Mübariz Mənsimov Türkiyə İstanbul Prokurorluğu tərəfindən Feto/Pdy istintaq araşdırılması səbəbindən həbs olunub. Baxmayaraq ki, Mübariz Mənsimovun cinayət işində ona qarşı irəli sürülən ittihamı təsdiq edən heç bir sübut yoxdur. Belə olan halda Mübariz Mənsimovun həbsi qanunsuzdur və Məhkəmədən dərhal azad edilməlidir.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    50 Gün, 16 Saat öncə
BIST
1471-1,14
ALTIN
414,451-0,99
EURO
8,96801,06
DOLAR
7,41602,19
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı