QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/869_h-kimd-n-b-hram-bagirzad-nin-v-ziyy-ti-il-bagli-ac

GÜNDƏM

Hamısı

Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

(13 Ay, 6 Gün öncə) 480 İzlenme 0 Yorum
“Bəhram Bağırzadənin ümumi vəziyyətində az da olsa müsbət irəliləyişlər var”.

UTVXƏBƏR.com:     Bunu COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, kiçik də olsa bu dəyişikliklər ümid verir: “Bəhram Bağırzadənin vəziyyətində hər gün az da olsa, müsbət tərəfə dəyişiklik müşahidə edirik. Amma hələ yolumuz çox uzundur. Müalicəsi ciddi şəkildə davam etdirilir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib. (oxu.az)

 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 21 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı