QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/863_26-iyun-az-rbaycan-respublikasinin-silahli-quvv-l-

GÜNDƏM

Hamısı

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür -102 YAŞIN MÜBARƏK

(10 Ay, 1 Gün öncə) 457 İzlenme 0 Yorum
Müasir dövlətçilik tariximizdə çağdaş Azərbaycanın ən böyük nəaliyyətlərindən biri güclü potensiala malik milli orduya sahib olmasıdır.

UTVXƏBƏR.com:      Milli ordumuzun yaranma tarixi isə 102 il əvvələ təsadüf edir. 1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusu statusunu daşıyır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə keçirilən hərbi parad ordumuzun gücünü, taktiki-texniki imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu son illərdə bir daha yaxşı görmüş və dərsini almış düşmən hal-hazırda daha da sarsılmış durumdadır.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsindədir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 2016-cı il aprel döyüşləri isə Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.

Milli Silahlı Qüvvələr günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirik, xalqımıza birlik və gümrahlıq arzu edirik. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
479,6600,45
EURO
10,03240,89
DOLAR
8,32550,55
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı