RƏSMİ

Tümü

TƏBİB rəsmisi: "Koronavirusun mutasiyası baş verir"

(3 Ay, 2 Gün önce) 4,22 B İzlenme
"Bugünkü gündə bizim gördüyümüz COVİD pozitiv xəstələrimiz mart-aprel aylarında gördüyümüz xəstələrdən çox-çox fərqlənir. Virusun mutasiyasından biz çox danışmışıq. Virusun mutasiyası baş verir və baş verməkdə davam edir".

UTVXƏBƏR.com:     Bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri koronavirusun mutasiya edərək daha da ağırlaşdığını qeyd edib:

"Bugünkü gündə gördüyümüz xəstəlik daha ağırdır. Demək olar ki, asimptomatik dediyimiz xəstələri çox az görürük. Yenə də qeyd edirəm, bu, artıq yaşdan asılı deyil. Çox orta yaşlı, hətta cavan yaşlı xəstələrimizdə çox ciddi fəsadlarla keçən resperatur xəstəlik görürük, iki tərəfli pnevmaniyalar görürük".

 
 

BIST
12070,17
ALTIN
483,2110,12
EURO
9,31330,31
DOLAR
7,88560,07
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı