QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/825_artiq-x-st-xanalar-dolub-yer-qitligi-yasayiriq-t-b

GÜNDƏM

Hamısı

Artıq xəstəxanalar dolub, yer qıtlığı yaşayırıq - TƏBİB-dən həyəcan

(7 Ay, 11 Gün öncə) 981 İzlenme 0 Yorum
Son vaxtlar sosial şəbəkələrdə bir sıra insanlar yazır ki, temperaturları olduqları üçün Təcili Tibbi Yardıma zəng vururlar, onlara isə xəstəxanalarda yerin olmadığı bildirilir. Həqiqətənmi, artıq bizdə xəstəxanalarda boş yer yoxdur və vəziyyət ciddidir?

UTVXƏBƏR.com:    Bu suallara TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev cavab verib.

''Bəli, artıq xəstəxanalarda yer dolub. Biz dəfələrlə mətbuata açıqlayırdıq ki, əgər yoluxma sayı nəzarətimizdən çıxarsa, yəqin ki, xəstəxanaya ehtiyacı olan insanların sayı da artacaq. Bu baxımdan hazırda yer qıtlığı yaşayırıq. Ona görə də biz yüngül və orta xəstələri ağırlıq dərəcəsinə görə bölüb yüngül xəstələri evdə, ağır xəstələri isə xəstəxanda müalicə edəcəyik.

Hazırda yer qıtlığı yaşayırıq. Sağalıb evə gedən xəstə sayı daha azdır, nəinki yeni yoluxan xəstə sayı. Tutaq ki, günə 100 xəstə sağalıb evinə gedir. Amma yeni yoluxma halları 300-ün üzərindədir. Bu zaman, təbii ki, biz xəstəxanalarda yer sayı problemi yaşayacağıq.''(Qafqazinfo)


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    15 Gün, 1 Saat öncə
BIST
1542-0,64
ALTIN
442,399-0,07
EURO
9,01050,76
DOLAR
7,39850,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı