SON XƏBƏR

Hamısı

Azərbaycanın tanınmış vəkilləri və hüquq eksperti Mübariz Mənsimova dəstək verdi - ÜMİDTV

(3 Ay, 17 Gün önce) 632 İzlənmə
Ümid Tv Azərbaycan kanalında yayımlanan "Rəhmanla birlikdə izlə" proqramının canlı yayımında qonaq olan Azərbaycanın tanınmış vəkilləri Mübariz Mənsimova dəstək oldular.

UTVXƏBƏR.com:     Xəbər verdiyimiz kimi, Azərbaycanlı iş adamı, xeyriyyəçi, milyonların sevgisini qazanmış Mübariz Mənsimovla bağlı Ümid Tv Azərbaycan kanalı müxtəlif proqramlarla reportajlar yayımlayır. 

Ümid Tv Azərbaycan kanalının bu həftə efirə gedən "Rəhmanla birlikdə izlə" canlı yayımında qonaq olan Azərbaycanın tanınmış vəkilləri Azər Əzizov və Adəm Məmmədov, həmçinin hüquq eksperti Vüqar Adıgözəlov Mübariz Mənsimova dəstək verməklə, barəsində açılmış cinayət işinə xitam verilməli olduğunu açıq şəkildə bəyan etdilər. 

Tanınmçış vəkillərin hər biri hesab etdilər ki, cinayət işi üzrə Mübariz Mənsimova qarşı irəli sürülən ittiham üzrə heç bir möhtəbər sübut yoxdur və olması da mümkün deyil. Vəkillər qeyd etdilər ki, yaxın zamanda Türkiyə ədalət məhkəməsinin Mübariz Mənsimovla bağlı bəraətverici hökmünün veriləcəyini gözləyirlər. və buna şübhə etmirlər. 

Bundan başqa vəkil Adəm Məmmədov cinayət işinin gedişatında şübhə doğuran məqamların çox olmasını dilə gətirərək, Mübariz Mənsimova qarşı qaldırılan cinayət işinin qərəzli olmasından xəbər verdiyini bildirdi. 

Vəkil Azər Əzizov da həkarının fikirlərini dəstəkləyərək qeyd etdi ki, qərəzli  sübutlar əsasında Mübariz Mənsimova qarşı qaldırılan cinayət işi qəbuledilməzdir. 

Hüquq eksperti Vüqar Adıgözəlov da vəkillərin fikirləri ilə həmrəy olduğunu ifadə edərək qeyd etdi ki, Mübariz Mənsimovun iki dövlət üçün mühüm bir şəxsiyyət olması səbəbindən, onun  həbs olunan günədək  Feto-ya qarşı ciddi mücadilə aparması faktlarına dayanaraq hesab edir ki, Mübariz Mənsimova qarşı qaldırılan cinayət işinə xitam verilməsi labüddür və Məhkəmənin məhz bu addımı atacağına inanır. 

Daha ətraflı linkə daxil ol: 

https://www.facebook.com/your.umudtv/videos/881048169062368/


BIST
1112-1,33
ALTIN
504,2621,27
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı