QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/794_ust-d-n-sad-x-b-r-covid-19-un-peyv-ndi-bu-tarixd-h

GÜNDƏM

Hamısı

ÜST-dən ŞAD XƏBƏR! Covid-19- un peyvəndi bu tarixdə hazır olacaq

(12 Ay, 10 Gün öncə) 255 İzlenme 1 Yorum
Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd payız və ya qışda əlçatan ola bilər.

UTVXƏBƏR.com:     Bu barədə İtaliyanın Səhiyyə nazirinin müşaviri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkədəki nümayəndəsi Valter Riççardi bildirib.

“Əgər hər şey yaxşı getsə, payız, ya da qışda bizdə peyvəndin ilk dozaları ola bilər”, - deyə nazir müşaviri vurğulayıb.

Onun sözlərinə görə, Avropa koronavirus əleyhinə peyvəndin hazırlanması prosesində ABŞ-ı qabaqlayır, Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı peyvənd digərləri ilə müqayisədə daha inkişaf etmiş mərhələdədir.

ÜST-ün nümayəndəsi oktyabr ayında pandemiyanın ikinci dalğasının mümkünlüyünə də toxunub. O vurğulayıb ki, buna heç kim tam əmin ola bilməz.

“Lakin biz hesab edirik ki, virusun yoxa çıxma ehtimalı azdır. Biz mümkün zəlzələ ilə toqquşmağa hazır olmalıyıq”, - deyə V. Riççardi qeyd edib.

Qeyd edək ki, may ayının ortasında “Irbm” şirkətinin baş direktoru Pyero Di Lorentso bildirib ki, peyvənd üzərində iş inanılmaz dərəcədə sürətlənib. (Mənbə: Ria3 TK)

 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 7 Gün öncə
BIST
1454-0,48
ALTIN
508,1500,02
EURO
10,18270,61
DOLAR
8,40030,42
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı