RƏSMİ

Hamısı

Azərbaycanda bu kənddə 9 nəfər koronavirusa yoluxdu, iki qardaş öldü - VİDEO

(3 Ay, 21 Gün önce) 845 İzlənmə
İsmayıllı rayonunun Quşencə kəndində koronavirusa yoluxan iki qardaş dünyasını dəyişib.

UTVXƏBƏR.com:     İsmayıllı rayonun Quşencə kəndində  daha 9 nəfərdə də virus aşkarlandığı üçün ərazi nəzarət altına alınıb.

Virusun yayılmasının qarşısını almaq üçün kənd sakinlərindən testlər götürülür.

Kəndin icra nümayəndəsi Yaşar Şirəliyev bildirib ki, bir neçə gün əvvəl koronavirusdan ölən iki nəfər dəfn edilib. Yoluxan 9 nəfərdən isə 8-i Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicəyə göndərilib.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Quşencə kəndi nəzarətdə saxlanılır. Kənd sakinlərindən testlər götürülüb.

Kənd sakinlərinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Götürülən digər testlərin nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


BIST
1127-2,25
ALTIN
500,8270,45
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı