QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/786_v-t-ndaslar-sosial-m-suliyy-t-hissini-artirmalidir

GÜNDƏM

Hamısı

Vətəndaşlar sosial məsuliyyət hissini artırmalıdırlar - DEPUTAT NAQİF HƏMZƏYEV

(7 Ay, 15 Gün öncə) 687 İzlenme 0 Yorum
“İnsanlar özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar”

UTVXƏBƏR.com:         “Xüsusilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməlidirlər”

“Əgər mövcud qaydalara riayət olunmazsa prosesin ikinci dalğası başlaya bilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. 
Deputat bildirib ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması və yumşaldıcı tədbirlər vətəndaşların əvvəlki həyat tərzinə geri dönməsi anlamına gəlməməlidir: 
“Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təəssüf hissi doğurur. Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır.
Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Xüsusilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdır. Vətəndaşlar qaydalara mütləq qaydada riayət etməlidir”. 
Parlament üzvünun sözlərinə görə, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə bilər: 
“Müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. İctimai nəzarət və ictimai qınaq ön plana çəkilməli, xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir”.  (Mənbə: sherg.az)
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    11 Gün, 2 Saat öncə
BIST
1561-0,26
ALTIN
442,5790,19
EURO
9,0141-0,51
DOLAR
7,4475-0,33
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı