SON XƏBƏR

Hamısı

Azərbaycan polisi Koronavirusla mübarizədə dünyada ən yaxşı polis nümunəsi göstərdi - DEPUTAT İQBAL MƏMMƏDOV

(3 Ay, 20 Gün önce) 1,32 B İzlənmə
Azərbaycan polisi koronavirusla mübarizə dönəmində ən yüksək dərəcədə peşəkarlıq nümayiş etdirməklə dövlətinə və millətinə növbəti dəfə sədaqətini göstərməklə dünyada ən yaxşı polis nümunəsi göstərdi.

UTVXƏBƏR.com:       “Ölkə.Az" saytına  açıqlamasında deputat İqbal Məmmədov bildirib  ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına riayət olunmasının həyata keçirilməsi məsuliyyəti  Azərbaycan polisinin də üzərinə məsuliyyət düşdü. “Bir sözlə ifadə etmək olar ki, Azərbaycan polisi üzərinə düşən bu missiyanı şərəflə icra etməkdədir. Biz buna bir daha həftəsonu karantin rejiminin sərtləşdirilməsi günləri bir daha şahidi olduq”, - deputat bildirib.

İ. Məmmədov əlavə edib ki, Azərbaycan polisi fəaliyyətini hansısa cəza metdonun tətbiq etməklə yox, məhz bəşəri dəyərlərə uyğun formada quraraq, insanlarına sağlamlığının keşiyində durdu:

“Polis bu günlərdə daha çox köməyə ehtiyacı olan insanlara dəstəyi ilə yadda qaldı. Bu istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarla yaddaşlara həkk olundu. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. Azərbaycan polisi pandemiya dövründə vətəndaşlarımızın yardımçısı rolunda çıxış etdi. Bununla bağlı çoxsaylı faktlar sadalamaq olar. Bu barədə sosial şəbəkələrdə çoxsaylı faktlar yer alıb və geniş müzakirə obyektinə çevrilib. Biz hətta Azərbaycan polsinin öz yeməyini imkansız, ehtiyacı olan insanla necə paylaşdığının, gecə vaxtə xəstə, hamilə qadına yardım edib xəstəxanaya çatdırmasının, suyu kəsilən yaşayış massivini su ilə təminatını və sairə hallara  şahidlik etdik. Bu çox qürurverici an idi. Çünki Azərbaycan polisi istər torpaqlarımızın müdafiəsində, istər dövlətçiliyimizə qəsd zamanı, istər ölkəmisdə ictimai-siyasi asayişin, sabitliyin təmin olunaraq, ölkəmizin uğurlu inkişafında oynadığı qururverici anını, bu dəfə pandemiya dövründə bəşəri dəyərləri nümayiş etdirməklə yaşatdı. Polisin bu fəaliyyəti bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunaraq yüksək qiymətləndirildi. Cənab Prezident də polisin karantin rejimi dövründə fəaliyyətinə yüksək qiymət verib”.

Deputat iyunun 7-də bir qrup şəxsin belə bir vəziyyətdə  polisə qarşı insanlığa sığmayan  hərəkətinə də mövqeyini açıqlayan deputat deyib ki, bu ilk növbədə Azərbaycan insanına və onun əxlaqına, mentalitetinə, milli-mənəvi, dini dəyərlərinə  yaraşmayan hərkət idi. “Öz vəzifə borcunu yerinə yetirən polisə qarşı belə hörmətsiz, utanverici  hərkət edildiyinin şahidi olmaq, bir vətəndaş kimi hamımızda məyusluq yaratdı. Azərbaycan cəmiyyətinin dünyaya müharibə elan edən koronavirus  epidemiyasına qarşı effektiv mübarizə aparmaq üçün birliyə, həmrəyliyə nail olduğu bir zamanda, bu  təxribatçı hərəkət kimə lazım idi? Təbii ki, Azərbaycanı sevməyən. onun hər uğuruna xələl gətirmək, ölkəmizi  xaosda görmək istəyənlərin, sabitliyi istəməyənlərin, bir sözlə, Azərbaycanın müstəqilliyini istəməyənlərin arzusu və istəyi ola bilərdi. Ona görə də bu cür şəxslər dövlətin atributunu üzərində gəzdirən polisə qarşı təhqirə yol verdilər. Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinin videolarını yaymaqla onların təhqir olunmasına şərait yaradanlar anlamırlar ki, bizim vətəndaşlarımızın günün istənilən vaxtı ölkə ərazisində sərbəst və təhlükəsiz gəzməsi həm də məhz o təhqir etdikləri polislərin xidmətidir. Axi biz  evimizdə  rahat oturduğunuz halda, həmin polislər küçələrdə biz vətəndaşların təhlükəsizliyini qoruyur. Bizim sağlamlığımızın keşiyində duran insanlara qarşı bu cür  təhqiramiz hərəkət ancaq və ancaq utanverici və xalq olaraq bizə yaraşmayan hərkətdir. Odur ki, vətənsaş olaarq belə məsələlərdə həssas  və məsuliyyətli olmalıyıq. Karantin dövründə vətəndaş məsuliyyətini dərk edib qaydalara əməl etməliyik. Bu gün Azərbaycan dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisinə dəstək verməlidir”.


BIST
1144-3,95
ALTIN
495,0920,10
EURO
9,54021,42
DOLAR
8,06901,59
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı