QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/751_bakinin-4-rayonunda-polis-m-liyyat-kecirdi-saxlani

RƏSMİ

Hamısı

Bakının 4 rayonunda polis əməliyyat keçirdi - Saxlanılanlar var

(15 Ay, 21 Gün öncə) 514 İzlenme 1 Yorum
Bakıda polis narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirib.

UTVXƏBƏR.com:     Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorovu saxlayıb.

Üzərində baxış keçirilərkən ondan 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları isə əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Altay Sabirovdan 0,313 heroin aşkar edib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdü Məmməd Rzayev saxlanılıb. Onun üzərindən 0, 824 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Bakının Xəzər rayonu ərazisində keçirilən əməliyyat zamanı silahlı şəxs saxlanılıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında rayonun Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb.

Axtarış zamanı onun həyətində torpağa basdırdığı “TT” markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 13 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı