QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/749_emin-agalarov-koronavirusa-yoluxub-40-il-rzind-ilk

DÜNYA

Hamısı

Emin Ağalarov koronavirusa YOLUXUB - “40 il ərzində ilk dəfə özümlə tanış oldum”

(15 Ay, 21 Gün öncə) 421 İzlenme 0 Yorum
Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov sensasion açıqlama verib.

UTVXƏBƏR.com:   Azərbaycanın xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib.

E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun İnstaqramda etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.

E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb.

“40 il ərzində ilk dəfə özümlə tanış oldum”, – deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.

Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını bildirib.

O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib.

 
 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 13 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı