UTVXƏBƏR.com: Tanınmış bloqqer Mehman Hüseynovun xərçəng xəstəliyinə tutulması haqqında xəbəri qardaşı Emin Hüseynov verib.
O qeyd edib ki, bir neçə həftə əvvəl həkimlər Mehmanda tək fibroz şiş şəklində onkoloji xəstəlik aşkar ediblər. Qardaşı Mehmanın hazırda İsveçrədə olduğunu bildirib.
Xatırladaq ki, Mehman Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə xəstəxanada müalicə aldığını açıqlamışdı.
