QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/714_goycayda-n-bas-verir-foto-son-d-qiq-

BÖLGƏ

Hamısı

Göyçayda nə baş verir?-FOTO/ SON DƏQİQƏ

(15 Ay, 28 Gün öncə) 385 İzlenme 0 Yorum
Hefteaz.tv-nin rəhbəri bazarkom tərəfindən döyüldü.

UTVXƏBƏR.com:                             Ölkədə koronvirus dövründə əhalinin alıcılıq qabiliyyətini yoxlamaq məqsədilə, Göyçay şəhəri Avtomobil təmri zavodunun ərazisində yerləşən  meyvə-tərəvəz  bazarnda monitorinq keçirmək istəyən Hefteaz.tv-nin baş redaktoru  Aqil Mahmudov  ictimaiyyət qarşısında bazarkom Rəşid Xəlilov tərəfindən vəhşicəsinə döyülüb.
 

Döyülməsi  barədə  məlumat  verən  Hefteaz.tv-nin baş redaktoru  Aqil Mahmudov  bildirib ki,  "Hadisə baş verməzdən əvvəl o Bazarın topdansatış bölməsində o qiymətlərin fərqini öyrənmək məqsədilə həm satıcılar həmdə alıcılar  arasında rəy sorğusu keçirtdiyim zaman bazarın müdiri Rəşid Xəlilov mənə yaxınlaşaraq heç bir səbəb olmadan ictimaiyyət qarşısında mənə yumruq zərbələri endirməyə başladı".
 

Bazarkomun  bu kobudluğu mətbuata vurulan zərbədir deyən Aqil Mahmudov onu da əlavə etdi ki, peşə fəaliyyətini həyata keçirən bir jurnalistə edilən fiziki təzyiqə görə hər hansı bir şəxs qanun qarşısında cavab verməlidir.
 

Jurnalistin  döyülməsinə  Göyçay rayon Polis Şöbəsinin əməkdaşları  laqeyd  yanaşaraq, bazarkomu  cəzalandırmaq  əvəzinə jurnalistə şər və böhtan atmaq məqsədilə onu təcili yardım stansiyasına apararaq   ickili olub olmamasını aydınlaşdırmaq istəyiblər.  Jurnalist  qeyd  edib ki, polisin bu hərəkəti bazarkomu himayə etmək məqsədi  daşıyır.
 

Jurnalist  Aqil Mahmudovun döyülməsi  zamanı  sözugedən  informasiya  agentliyinə  məxsus  olan  videokamera yararsız vəziyyətə düşüb.
 

Məsələ  ilə  bağlı  respublika hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edilib.
 

 

Mənbə: Hefteaz.tv
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 17 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı