DÜNYA

Hamısı

Donald Trampı etirazçılardan qorumaq üçün gizlətdilər-SON DƏQİQƏ

(3 Ay, 0 Gün önce) 186 İzlənmə
Donald Trampı etirazçılardan qorumaq üçün bunkerdə gizlətdilər

UTVXƏBƏR.com:                               ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları Donald Trampı Ağ Evin qarşısında keçirilən kütləvi etiraz aksiyasından qorumaq məqsədilə yeraltı bunkerdə gizlədiblər.

Bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, afroamerikalı Corc Floydun polislər tərəfindən öldürülməsindən hiddətlənən etirazçılar prezident administrasiyasının qarşısına gəliblər. Aksiyada iştirak edən şəxslər D.Trampın əleyhinə kəskin ifadələr səsləndirib, Ağ Ev tərəfə kərpic və şüşə butulka atıblar.

Bununla əlaqədar D.Trampın ABŞ prezidentlərini terror hücumlarından mühafizə etmək məqsədilə inşa edilmiş yeraltı bunkerdə gizlədilməsi qərara alınıb.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxlanılarkən polis tərəfindən amansız rəftara məruz qalmasının görüntüləri yayımlanıb. Polis C.Floydun qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi əks olunub. Hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Baş verənlərdən hiddətlənən amerikalılar kütləvi etiraz aksiyaları təşkil ediblər.


BIST
1127-2,25
ALTIN
502,2390,74
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı