QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/706_tikinti-il-bagli-t-l-bl-rd-n-biri-l-gv-olundu-f-rm

İQTİSADİYYAT

Hamısı

Tikinti ilə bağlı tələblərdən biri ləğv olundu - FƏRMAN

(13 Ay, 2 Gün öncə) 750 İzlenme 1 Yorum
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda dəyişikliklər olunub.

UTVXƏBƏR.com:                          “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.Dəyişikliyə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin siyahısı artırılıb.


Belə ki, bundan sonra yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
 

Eyni zamanda insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kvadratmetrdən, tikinti sahəsi 1 000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
 

Xatıraldaq ki, aşırım yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 20 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı