SIYASƏT

Hamısı

Baş prokuror onları vəzifəyə təyin etdi

(3 Ay, 0 Gün önce) 323 İzlənmə
Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə onlar vəzifəyə təyin olundu

UTVXƏBƏR.com:                           Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 
Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları təyin ediliblər.

 

Eləcə də, Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov tutduğu vəzifədən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsinə təyin olunub. 


BIST
1127-2,25
ALTIN
501,9630,68
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı