UTVXƏBƏR.com: Uzun müddətdir mətbuatda çalışan fotoqraf, foto-müxbir İlqam Cəbiyevin bu gün doğum günüdür. Məhşur fotoqraf ictimai-sosial, mədəniyyət, şou, idman xarakterli tədbirlərdən biri-birindən maraqlı kadrları fotoaparatına köçürərək onu sevənlərin ürəyində özünə yol tapmağa çalışmışdır.
Azərbaycanın məhşur simaları da fotoqrafın fəaliyyətini daima yüksək qiymətləndirərək, hər zaman tədbirlərdə onun fotoaparatına tuş gəlməyə can atıblar.
İlqam Cəbiyevin çəkdiyi kadrlarda düzü-düz, əyrini-əyri açıq-aydın görmək olar.Bu da onu deməyə əsas verir ki, hər bir fotosundan geniş məzmunlu xəbər mətbuatda dərc etmək olar.Bu cür peşəkarlığı öz sənətinin dərinliyini mükəmməl bilməkdən xəbər verir.
Məhşur fotoqrafa bu çətin, şərəfli peşədə yaradıcıllıq uğurları, möhkəm can sağlığı, daima sənətin zirvələrində olmağı arzulayırıq.
UTVXƏBƏR İnformasiya Agentliyinin Baş redaktoru: Səbuhi Eltonlu.