UTVXƏBƏR.com: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi "Lider Tv və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə "Lider Tv və Radio-Azərbaycan” MMC-yə qarşı iddia qaldırıb.
İddia ərizəsinə iyunun 8-i saat 11:00-da Bakı Kommersiya Məhkəməsində baxılacaq.
“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.
Qeyd edək ki, bir müddət əvvəl telekanalın işçilərinə kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıbdı.