DÜNYA

Hamısı

ABŞ-ın bu şəhərlərində komendant saatı elan olundu

(4 Ay, 3 Gün önce) 176 İzlənmə
ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu

UTVXƏBƏR.com:                        ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş vermiş iğtişaşlardan sonra ölkənin 25 şəhərində komendant saatı elan olunub.Bu barədə CNN telekanalı xəbər verib.


Mənbənin yaydığı məlumata görə, komendant saatı Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Minneapolis (Minnesota ştatı), Roçester (Nyu-York ştatı) kimi böyük şəhərlərdə artıq qüvvəyə minib.


Xatırladaq ki, Minneapolis şəhərində polis qaradərili vətəndaş Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis dizini C.Floydun boynuna basıb. O, nəfəs ala bilmədiyini desə də, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə, afroamerikalı boğularaq ölüb. Bundan dərhal sonra isə hadisənin baş verdiyi şəhərdə etiraz aksiyaları başlayıb.


BIST
1112-1,33
ALTIN
504,2621,27
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı