MƏDƏNİYYƏT

Hamısı

“Yoluxma” filminə çəkilən məşhur aktrisa koronavirusa yoluxub-FOTO

(4 Ay, 25 Gün önce) 162 İzlənmə
“Yoluxma” filminə çəkilən tanınmış fransalı aktrisa Marion Kotiyar koronavirusa yoluxub.

UTVXƏBƏR.com:                                Tanınmış fransalı aktrisa Marion Kotiyar koronavirusa yoluxub. Bu barədə “Paris Match” xəbər yayıb. “Yoluxma” filminin ulduzunun sevgilisi Giyom Kane də COVID-19-a yoluxduğunu deyib. Aktyor təfərrüatlar barədə məlumat verməsə də, həyəcanlanmalı bir şeyin olmadığını, xəstəliyin yüngül formada keçdiyini deyib.


 44 yaşlı Kotiyar “Taksi”, “Başlanğıc”, “Böyük balıq”, “Parisdə gecə yarısı”, “Yaxşı il”, “Çəhrayı rəngli həyat” və s. filmlərdə iştirak edib.

Kane isə “Gözəl dövr”, “Çimərlik”, “Sadəcə bir yerdə”, “Heç kimə demə”, “Ötən gecə Nyu-Yorkda” kimi filmlərdə rol alıb.


Bundan başqa o, Kotiyarla birlikdə “Cəsarətin varsa, mənə vurul” filmində çəkilib.

 

Məşhur cütlük 2007-ci ildən bir yerdədir. 2011-ci ildə onların oğulları dünyaya gəlib, ancaq rəsmi nikaha girməyiblər.
 



BIST
11980,00
ALTIN
486,2930,09
EURO
9,3527-0,05
DOLAR
7,92970,16
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı