QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/685_unvanli-sosial-yardimin-artiq-od-nisini-od-m-y-nl-

İQTİSADİYYAT

Hamısı

Ünvanlı sosial yardımın artıq ödənişini ödəməyənlər- MƏHKƏMƏYƏ VERİLƏCƏK

(17 Ay, 0 Gün öncə) 342 İzlenme 0 Yorum
Azərbaycanda ünvanlı dövlət sosial yardımın artıq ödənişini könüllü geri qaytarmayanların məhkəməyə verilməsi nəzərdə tutulub.

UTVXƏBƏR.com:                               Azərbaycanda ünvanlı dövlət sosial yardımın artıq ödənişini könüllü geri qaytarmayanlar məhkəməyə veriləcək. , Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
 

Qeyd olunan  dəyişikliyə əsasən, sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə əlavə ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılacaq.
 

Aztəminatlı ailənin üzvü "Məşğulluq haqqında" qanuna uyğun olaraq, özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılacaq.


Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 17 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı