UTVXƏBƏR.com: Ötən gecə bloger Ata Abdullayevin Pirşağı qəsəbəsində yerləşən "Həyat” İstirahət Mərkəzində döyülməsi ilə bağlı mətbuatda xəbərlər yer alıb.Bloger "Həyat” İstirahət Mərkəzindən feysbuk üzərindən canlı yayım açıb və gecə yarısı olmasına baxmayaraq, bəlli olub ki, obyektdə karantin qaydaları ciddi şəkildə pozulub.
Bəs görəsən sözügedən "Həyat” İstirahət Mərkəzinin sahibi kimdir?.İstirahət mərkəzi ilə bağlı hər zaman mediada neqativ informasiyalar yayımlanıb. İddia olunur ki, "Həyat” İstirahət Mərkəzi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsus olan onlarla biznes layihələrdən biridir.
Qeyd edək ki, 3 il əvvəl bu istirahət mərkəzində dəhşətli qətl hadisəsi baş vermişdi və o zaman da C. Qurbanov gündəmə gəlmişdi.