QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/666_axcp-in-f-ali-h-bs-edildi-r-smi-foto

SIYASƏT

Hamısı

AXCP-in fəalı həbs edildi - RƏSMİ-FOTO

(16 Ay, 27 Gün öncə) 327 İzlenme 1 Yorum
AXCP fəalı Ruslan Əmirov həbs edildi

UTVXƏBƏR.com:                          Ötən  gün  Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. Partiyadan bildiriblər ki, R.Əmirov saxta, siyasi motivli ittihamla həbs edilib.  AXCP  fəalı Ruslan Əmirovun  həbsi ilə bağlı  məsələyə DİN-in Mətbuat Xidməti açıqlama  verib:   "Bu gün Azərbaycanda heç kəs əsassız yerə həbs olunmur. Qanun qarşısında hamı bərabərdir. Kimliyindən, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq hamı qanunlara əməl etməlidir. O ki qaldı vətəndaş Əmirov Ruslan Təhməz oğlunun inzibati qaydada həbs edilməsinə, burda heç bir saxta və ya siyasi motivdən söhbət gedə bilməz. 
 

Bu adam doğulduğu Masallı rayonunun Eminli kəndində daimi qeydiyyatdadır. Xüsusi karantin rejiminin tələblərinə görə rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakıya girişi məhdudlaşdırılıb. R.Əmirov bunu bilə-bilə Masallıdan Bakıya gəlib. Lakin Bakı-Ələt-Astara yolunun 65-ci km-də quraşdırılmış polis postunda hamı kimi ondan da sənəd təqdim etmək tələb olunub. R.Əmirov qeydiyyatının Bakıya olmadığı üçün sənəd təqdim etməkdən imtina edib.
 

Polislər xüsusi texniki vasitənin köməyi ilə onun qeydiyyatının Bakıya aid olmadığını müəyyən ediblər. Bundan sonra o polisin qanuni tələbinə qəsdən və bilərəkdən tabe olmadığına görə saxlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutkalıq həbs olunub. Göründüyü kimi, Ruslan Əmirovun inzibati qaydada həbsi tam qanunidir”.
 


 

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 13 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı