UTVXƏBƏR.com: ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, ÜST rəhbərliyi ABŞ-ın islahatlar həyata keçirmək təklifindən imtina edib. Bu səbəbdən təşkilatla əlaqələrə son qoyulub.
ABŞ Prezidenti, həmçinin bəyan edib ki, il ərzində ÜST üçün nəzərdə tutulan 450 milyon dollar həcmində vəsait digər səhiyyə təşkilatlarına yönlədirəcək.