UTVXƏBƏR.com: Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2280,7 minə bərabər olub.
Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5515 nəfər, ölənlərin sayı isə 3565 nəfər olub.