UTVXƏBƏR.com: Hadisə ötən gecə Nərmanov rayonu Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.Ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib.Alov qısa zamanda söndürülüb. Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.