BÖLGƏ

Hamısı

Bu rayonun icra başçısı kartof yığdı-FOTO.

(4 Ay, 4 Gün önce) 277 İzlənmə
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov kartof yığdı

UTVXƏBƏR.com:                       Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşübdür. Kənddə yerləşən bir çox tarlalara baş çəkən   Şahin Məmmədov   məhsul yığan əməkçilərlə görüşüb və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.
 

Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə icra başçısına  məlumat verib.Baş tutan görüşdə fermerlər Xəlil Şükürov, Cəsarət Əzizov, manqabaşçıları Gülqədəm Mustafayeva və Südabə Cavadova rayon rəhbərinin sahələrə gəlməsi, zəhmətkeşlərlə görşməsini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildirdilər və eyni zamanda əkinçilərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırmaqlarını xahiş ediblər.
 

Xatırladaq  ki,  icra başçısının kartof yığması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Başçının bu addımının səmimi olmadığı bildirilib.
 


 




BIST
1112-1,33
ALTIN
504,9791,41
EURO
9,74670,55
DOLAR
8,35141,12
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı