MƏDƏNİYYƏT

Hamısı

“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti keçirildi.

(4 Ay, 3 Gün önce) 178 İzlənmə
Beynəlxalq Muğam Mərkəzindən (BMM) "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gənc xanəndələrin konserti təqdim edilib.

UTVXƏBƏR.com:                   Beynəlxalq Muğam Mərkəzindən (BMM) "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gənc xanəndələrin konserti təqdim edilib. Müxtəlif illərdə “Muğam Televiziya Müsabiqəsi”nin qalibləri olan ifaçılar hazırda fəaliyyətləri ilə bağlı məlumat verib, müsabiqədə iştirakları ilə bağlı yaddaqalan anları tamaşaçılarla bölüşüblər.
 

BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi verilişdə xanəndələrin ifasında muğam və təsniflər, bəstəkar mahnıları səsləndirilib.


Solistlər BMM ilə gercəkləşən layihələr eləcə də muğam sənətimizdə gənclərə dövlətin diqqət və qayğısından söz açıblar. Gənclərə dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

 


Xatırladaq ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.


BIST
1127-2,25
ALTIN
499,579-0,48
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı