UTVXƏBƏR.com: Bakı Şəhər Halqası xarici mətbuatda “Formula 1” yarışının dərc olunmuş yeni təqviminə öz münasibətini bildirib.Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyeva açıqlamasından bildirib ki, sentyabrın 20-də Bakıda “Formula 1” yarışının keçirilməsi hələ dəqiqləşməyib:
“Bu, rəsmi məlumat deyil. Ümumiyyətlə, Bakıda “Formula 1”in keçirilməsi yalnız Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra təsdiq oluna bilər. Çünki bunun üçün ilk növbədə sərhədlər açılmalıdır”.
Xatırladaq ki, xarici mətbuatda yarışın Azərbaycan mərhələsinin sentyabrın 20-də baş tutacağı ilə bağlı məlumatlar yayılıb.