BÖLGƏ

Hamısı

Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutuldu-SON DƏQİQƏ

(4 Ay, 3 Gün önce) 255 İzlənmə
Göyçayda narkotik bitkilər yetişdirən bərbər Zaur Bağırov tutuldu

UTVXƏBƏR.com:                        Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - əvvəllər məhkum olunmuş, 39 yaşlı Elmir Hüseynov və 33 yaşlı Gündüz Bayramov saxlanılıb. Həmin şəxslərin rayonun Yuxarı Ləki kəndi ərazisində böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri 38 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.


****
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəhər sakini Zaur Bağırov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 22 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
 

Xatırladaq  ki, Zaur Bağırov Göyçay şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olur.
 


Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
 


 

 


BIST
11530,79
ALTIN
502,6840,14
EURO
9,64541,10
DOLAR
8,15531,07
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı