QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6177_xin-r-smisind-n-erm-nistana-z-ng-zur-d-hlizi-il-ba

SIYASƏT

Hamısı

XİN rəsmisindən Ermənistana Zəngəzur dəhlizi ilə bağlı ÇAĞIRIŞ - FOTO

(1 Ay, 1 Gün öncə) 845 İzlenme 0 Yorum
XİN rəsmisindən Ermənistana Zəngəzur dəhlizi ilə bağlı ÇAĞIRIŞ - FOTO

“Azərbaycan və Rusiya təkcə iqtisadi deyil, həm də siyasi tərəfdaşlardır”. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadə “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində. İlin yekunları və perspektivlər” mövzusunda təşkil edilən dəyirmi masa çərçivəsində deyib. 

 
 
 
 
Daha ətraflı
 
 

O bildirib ki, Azərbaycan və Rusiya regionun lider ölkələri kimi bölgədə iqtisadi əməkdaşlıq imkanlarını daha da genişləndirmək imkanına malikdirlər: 

“Azərbaycan və Rusiya arasında strateji əməkdaşlıq mövcuddur. Ölkələr arasındakı əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanın İran, Rusiya və Türkiyəyə münasibətdə heç bir siyasi problemlərimiz yoxdur. Lakin qonşu Ermənistan ilə bir sıra problemlərimiz hələ qalır. Hazırda problemlərin miqyası böyük deyil, lakin bəzi suallar mövcuddur. Əgər biz Üçtərəfli Bəyanatın müddəalarını həyata keçirə, nəqliyyat və kommunikasiyaların bərpasını reallaşdıra bilsək, region üzrə münasibətlərdə tamamilə yeni mərhələyə qədəm qoymuş olacağıq”. 

Səfir bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasında öz üzərinə düşən öhdəliyi tezliklə yerinə yetirməlidir: 

“Biz Zəngəzur dəhlizinin reallaşdırılması ilə region üzrə münasibətlərdə yeni mərhələyə keçid edə bilərik. Bu dəhlizin işə düşməsi iqtisadi cəhətdən region ölkələri üçün də yeni imkanlar yaradır”.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 16 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 7 şəxs qatıldı