QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6176_az-rbaycanda-ana-qizina-qarsi-d-l-duzluq-etdi

HADİSƏ

Hamısı

Azərbaycanda ana qızına qarşı dələduzluq etdi

(1 Ay, 1 Gün öncə) 767 İzlenme 0 Yorum
Azərbaycanda ana qızına qarşı dələduzluq etdi

Azərbaycanda ana qızına qarşı dələduzluq etdi

Şirvan şəhər sakini Soltanova Mehparə Sucayət qızının aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı şəhər prokurorluğuna müraciət daxil olub.

Bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.

Daxil olmuş müraciət əsasında aparılan araşdırmalarla müəyyən edilib ki, Mehparə Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabr ayında ondan 1 500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib və onu rüşvət verməyə təhrik edib.

Bundan başqa, Mehparə Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyən edildiyindən faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 16 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 7 şəxs qatıldı