QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6172_bakida-qadin-narkotacir-saxlanilib

HADİSƏ

Hamısı

Bakıda qadın narkotacir saxlanılıb

(1 Ay, 1 Gün öncə) 645 İzlenme 0 Yorum
Bakıda qadın narkotacir saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həyata keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakini İlahə İsmayılova saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

 

Qeyd edək ki, İ.İsmayılovanın həyat yoldaşı da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün bir müddət əvvəl həbs edilib. Təqdim edilən faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 16 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 7 şəxs qatıldı