QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6154_goycayda-yol-q-zasinda-masin-asdi-bir-polis-olub-d

BÖLGƏ

Hamısı

Göyçayda yol qəzasında maşın aşdı: Bir polis ölüb, digəri xəsarət alıb - YENİLƏNİB + FOTO

(2 Ay, 22 Gün öncə) 798 İzlenme 0 Yorum
Göyçayda yol qəzasında maşın aşdı: Bir polis ölüb, digəri xəsarət alıb - YENİLƏNİB + FOTO

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan açıqlama verilib.

Qrupun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu gün axşam saatlarında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Nəticədə avtomobildə olan sərnişin polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

instagram.com

 

Sürücü Məzahir Mirzəliyev isə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yol-nəqliyyat hadisəsi polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı araşdırma aparılır.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    12 Ay, 16 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 7 şəxs qatıldı