QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6150_s-mkirli-is-adami-tural-zeynalovdan-sok-aciqlama-t

BÖLGƏ

Hamısı

Şəmkirli iş adamı Tural Zeynalovdan ŞOK AÇIQLAMA ! TURKAZİNFO

(29 Gün, 15 Saat öncə) 223 İzlenme 0 Yorum
Şəmkirli iş adamı Tural Zeynalovdan ŞOK AÇIQLAMA !

Turkazinfo ÜmidTv-yə istinadən xəbər verir ki, Şəmkirli iş adamı  Tural Zeynalov haqqında ictimaiyyət kifayət qədər məkumatlıdır. Hər zaman xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Tural Zeynalov Vətən savaşında da öz missiyasını layiqincə yerinə yetirdi. Bu barədə sosial şəbəkədə kifayət qədər paylaşımlar yer almaqdadır. Nədənsə ölkəmizdə hər zaman Vətənpərvərlər hədəfə alınır. Yəqin yardımsevərlik, xeyirxahlıq, vətənpərvərlik missiyası  kimlərinsə xoşuna gəlmir. Kimlərinsə dediyimizdə, əslində Azərbaycan vətəndaşına və ehtitaclı ölkə vətəndaşına yardım edən xeyirxah insanlara yuxarıdan aşağıya baxan bəzi səlahiyyət sahiblərini nəzərdə tuturuq. 

Məhz Tural Zeynalova qarşı Şəmkirdə olunan haqsızlıqlardan da hər birimizin məlumatı var.  Gəlin birlikdə olanları elə Tural Zeynalovun öz dilindən eşidək. 

Belə ki, Tural Zeynalov özünün facebook səhifəsində başına gələnlərdən danışıb. Paylaçımı redakta etmədən olduğu kimi  təqdim edirik.

TURAL ZEYNALOV:  "Salam olsun vicdanlı və ləyaqət sahibi olan şəxslərə. 23.06.2021-ci il tarixdə əvvəlcədən hazırlanmış ssenari üzrə başlanmış və rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsilə araşdırılan cinayət işimə(bundan sonra tele serial) 02.11.2021-ci il tarixdə rəsmi qaydada cinayət işinin yekunlaşdığı mənə və müdafiəçim Akif İsmayılova elan edildi. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırlanmış ssenariyə görə hadisənin cərəyan etdiyi "Qala ailəvi" restoranımda baş rollarda qanunun keşiyində durmalı olan şəxsin qanuni tələblərini pozaraq ona qarşı etdiyim(guya) tabesizliyə görə mənim qanunsuz hərəktlərimin qarşını almaq məqsədilə aparmış və məndə onu öz iş otağında vuraraq ona ağırlıq dərəcəsi yüngül olan bədən xəsarəti yetirmişəm ki, buna görə AR CM-nin 315-ci maddəsilə barəmdə cinayət işi açılmışdır. Lakin komediya qurtardığından sizlərə hadisənin tam süjetini nəzərinizə çatdırmaq fikrindəyəm. Odur ki, sizlərə hadisənin başladığı, QALA restoranında mənə və atama, o cümlədən "kinonun" digər iştirakçılarına qarşı edilən haqsızlığa dözməyib öz pozulmuş hüquqlarımı tələb etməyimlə başlanan bədii müqəddimə, sonda hər bir bədii filmdə olduğu kimi mənim haqsızlıqla üzləşməyimlə nəticələnir. Lakin düz insanların səyi nəticəsində azad olunmağımla hüquqlarımı və özümü müdafiə etməyə çalışdıqca bu yolda saxta şahidlər və yalan dolu sübutlarla üzləşdim ki, onların hamısının saxta olması ilə bağlı məndə danılmaz və mötəbər sübutlar vardır. Dövlət məmurlarının bilərəkdən əleyhimə qərəzli olaraq yığdığı  "saxta sübutları", etmiş olduqları haqsızlıqları sağlam düşüncəli insan kimi onların şəxsində yol verdikləri səhv kimi görürəm. Çünki ARK 12.1-ci maddəsində qeyd edilən "dövlətin ali məqsədi" vətəndaşlarına layiqli həyat tərzinin təmin edilməsidir. Bu səbəbdən öz işini lazımsız və xəstə maraqlar çərçivəsində aparan məmurlara çatdırmaq istəyirəm ki, onların barəsində məndə istintaqın belə xəbəri olmayan mötəbər sübutlar vardır. Sonda bildirim ki, hər şənbə günü saat 23:00-da "Qalada toy" adlı tradikomik tele serial sizlərə təqdim ediləcək. 1-ci seriyası 06.11.2021-ci il tarixdə saat 23:00 da olacaq. Sizləri əmin edirəm ki, həmin serial real hadisələr əsasında, vətəndaşlarda dövlətimə qarşı inamsızlıq yaradan saxta məmurlar və ədalət üçün çarpışan şəxs barəsindədir. Hadisələrin real olduğunu sizlərə əlimdə olan sübutları təqdim edərək başlayacam".

Qarşı tərəf mövqeyini bildirərsə dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Ay, 29 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı