UTVXƏBƏR.com: ABŞ Prezidenti Donald Tramp Əfqanıstandan hərbçilərini geri çağıracağını bildirib. Özü bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.
ABŞ lideri bildirib ki, əsgərlərin evlərinə qaytarılması ilə bağlı müsbət danışıqlar aparılır:
“Biz polis kimi getməmişik, amma 19 ildir oradayıq. Artıq yetər”.
Lakin o, hərbçilərin nə zaman Əfqanıstan ərazisindən çıxarılmasına dair dəqiq vaxt deməyib.