QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6121_-rdoganin-susaya-s-f-ri-iki-olk-nin-z-f-r-sevincin

SIYASƏT

Hamısı

“Ərdoğanın Şuşaya səfəri iki ölkənin Zəfər sevincini birgə yaşamasını bir daha təsdiqləyir” – RƏY

(3 Ay, 9 Gün öncə) 454 İzlenme 0 Yorum
“Ərdoğanın Şuşaya səfəri iki ölkənin Zəfər sevincini birgə yaşamasını bir daha təsdiqləyir” – RƏY

“Azərbaycan və Türkiyə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. İkitərəfli əlaqələrdən bəhs edərkən ölkələrimiz arasındakı siyasi dialoqun dinamik səciyyə daşıdığını xüsusi vurğulamaq lazımdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir:

“Eyni zamanda, iki qardaş ölkənin rəhbərləri ikitərəfli və digər platformalarda davamlı olaraq görüşürlər və səmərəli təmaslar qururlar. Bu görüşlərdə və təmaslarda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan koordinasiyalı fəaliyyətlə bağlı aktual müzakirələr aparırlar”.

Deputat deyib ki, iki ölkə arasında digər sahələrdə əməkdaşlıq əlaqələri də məhz siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir:

 

 

“Bu gün ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini daha da artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiyanın cari ilin fevralında Ankarada baş tutan son iclasında isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib və bir sıra önəmli qərarlar qəbul olunub. Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirildiyi kimi, COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb”.

Vüqar İskəndərov bildirib ki, Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin etdi. Bu qələbənin təmin olunmasına dost ölkələr də respublikamıza mənəvi-siyasi dəstək göstərməklə öz töhfələrini verdilər. Bu sırada qardaş Türkiyə həmişəki kimi, yenə də öndə gəlir:

“Türkiyə Vətən müharibəsində elə ilk saatlardan Azərbaycanın yanında olduğunu bildirdi və müharibənin sonunadək mövqeyini dəyişmədi. Hazirda işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə də məhz dost ölkələrin şirkətləri cəlb olunur ki, bu sırada Türkiyə şirkətləri öndə gəlirlər. Bir sözlə, Azərbaycan və Türkiyə həmişə bir yerdədirlər”.

Deputat vurğulayıb ki, bütün bu sadalananların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azəbaycana növbəti səfəri xüsusilə önəmlidir və strarteji əhəmiyyət kəsb edir: “Çünki cənab Ərdoğan Şuşaya da səfər edəcək. Bu, dünyaya növbəti bir mesajdır. O baxımdan ki, cənab Ərdoğanın Şuşaya səfərə gəlməsi iki ölkənin Vətən müharibəsindəki Zəfərin sevincini birgə yaşamasını bir daha təsdiqləyir. Onu da qeyd edim ki, Rəcəb Tayyib Ərdoğan ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşaya səfər edən ilk xarici ölkə prezidentidir və bu, tamamilə təbiidir. Türkiyənin dövlət başçısının xarici ölkə liderləri arasında ilk olaraq Şuşaya səfərə gəlməyə tam mənəvi haqqı var. Bir sözlə, bu səfər iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı