QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6117_x-tai-rayon-icra-sob-sind-m-hk-m-q-rarini-hal-sahi

GÜNDƏM

Hamısı

XƏTAİ RAYON İCRA ŞÖBƏSİNDƏ MƏHKƏMƏ QƏRARINI HAL ŞAHİDİ İCRA EDİR - ÖZBAŞINALIQ

(2 Ay, 7 Gün öncə) 27,22 B İzlenme 0 Yorum
XƏTAİ RAYON İCRA ŞÖBƏSİNDƏ MƏHKƏMƏ QƏRARINI HAL ŞAHİDİ İCRA EDİR - ÖZBAŞINALIQ

Ədliyyə Nazirliyinin tabeliyində olan  Xətai rayon İcra Şöbəsində özbaşınalıq davam edir. 

UTVXƏBƏR ÜmidTv-yə istinadən məlumat verir ki, Prezident İlham Əliyevin ölkədə apardığı islahatların davamı ölkənin ədliyyə və məhkəmə sistemindən də yan keçmədi. Hər zaman ölkə başçısı məmur özbaşınalığı ilə bağlı müşavirələrdə vətəndaşlara və mediaya səsləndi. Dövlət Başçısı ölkədə ictimai nəzarətin zəif olduğunu dilə gətirdi. Məhz bu çağırışdan sonra media və mətbuat ictimai nəzarət hərəkatına qoşuldu. Biz də media olaraq hər zaman obyektiv və qərəzsiz olaraq məmur özbaşınalığını işıqlandırdıq. 

Belə ki, bu yazımızda Xətai rayon İcra Şöbəsində və Xətai rayon Məhkəməsində baş verənlərdən söhbət açacağıq.  İnanırıq ki, ortaya qoyduğumuz faktlara aidiyyatı təşkilatlar diqqət edəcək və günahkar şəxslər layiqli cəzalarını alacaqlar. Bizim hər birimizin borcudur ki, ölkə Prezidentini baş verən qanunsuzluqlardan və özbaşınalıqlardan məlumatlandıraq. 

Bu yazıda təqdim edəcəyimiz video kadrlar bizim haqlı mövqeyimizi və vətəndaşın haqlı narazılığını, Xətai rayon İcra Şöbəsində baş verən qanunsuzluq və özbaşınalığı  tam təsdiq edir. 

Beləliklə, Xətai rayon İcra Şöbəsinin İcra Məmuru Vidadi Mahmudovun icraatında olan icra sənədi üzrə icra hərəkətləri başlanılıb. Bizə təqdim olunan sənədlərdən görünür ki, məhkəmə qətnaməsi mənzildən çıxarılma, mənzilin boşaldılaraq tələbkara təhvil verilməsindən, həmçinin də pul məbləğinin alınaraq borcluya verilməsindən ibarətdir. 

Bundan başqa borclu tərəfindən Xətai rayon Məhkəməsində mənzilə çəkilən xərclərin ödənilməsi, maddi və mənəvi zərərin alınaraq borcluya verilməsi, tələblərin eyni vaxtda icra edilməsi barədə iddia qaldırılmış və mülki iş hakim Lalə xanım Rəhimlinin icraatına qəbul edilmişdir. 

İcra haqqında Qanunun 17.1.3-cü maddəsinə görə icra sənədinin verilməsinə əsas olmuş tələbə qarşı borclu tərəfrindən mübahisə qaldırıldıqda icra hərəkətləri məcburi dayandırılır. 

Bununla bağlı borclu tərəfindən icra məmuruna və icra qurumunun rəhbərinə dəfələrlə rəsmi ərizələr təqdim olunmaqla məlumat verilmiş və icra hərəkətlərinin dayandırılması xahiş olunmuşdur.  Lakin nə icra məmuru, nə də icra qurumunun rəhbəri Vətəndaşların müraciətləri haqqında Qanunun tələbini kobud şəkildə pozaraq bir dəfə də olsa borclu vətəndaşın müraciətinə cavab verilməmişdir. Əksinə hər dəfə icra işi təyin edilmişdir. 

Sonda icra məmuru icra işini təyin edir və borcluya bildiriş göndərir. Həmin bildiriş məhkəmə aktı icra olunandan sonra poç kuryeri tərəfindən borcluya təqdim olunur. Bu o deməkdir ki, borclu lazımi qaydada xəbərdar edilmədən icra məmuru icra hərəkətlərinə başlamışdır. 

Məsələnin bu  hissəsini qoyduq bir tərəfə.

Əsas məsələ icra yerində hadisələrin necə cərəyan etdiyidir. 

Bəli, icra məmuru və onun Əzizağa adlı qeyri rəsmi köməkçisi (məlumata görə hansısa tqaydada müqavilə bağlanıb) icra işi qoltuğunda icra yerinə yola düşürlər. Eyni zamanda icra yerinə qapını açmaq üçün mütəxəsis dəvət edirlər.  Telefonla icra yerinə borclunun həyat yoldaşını (əri), hansı ki, icra sənədində adı keçməyən şəxsi, çağırırlar. Qapı sındırılır və içəri daxil olurlar. Kadrlardan da görünür ki, icra yerində əsas rolda icra məmuru deyil, hal şahidi olan köməkçisi Əzizağa adlı şəxsdir.  Həmin hal şahidi Əzizağa akt tərtib edir, icra yerində vəzifəli şəxsin adından danışır, aktı sonda elan edir, iştirakçılara aktı imzalatdırır və nəhayət hal şahidi olaraq özü aktı tərtib etməyinə baxmayaraq  imza edir, digər hal şahidinə isə icra yerində deyil, icra şöbəsində tərəflərin iştirakı olmadan imza etdirir. Onu da qeyd edək ki, hal şahidləri Qanunla kənar bitərəf şəxslər olmalıdır, hal şahidlərinin icra prosesinə müdaxilə etmək səlahiyyəti yoxdur. Lakin bu icra işində hal şahidləri əslində kənar şəxslər deyil. Hal şahidinin bir məhz kadrlardan da görünür ki, icra məmurunun qeyri rəsmi köməkçisi Əzizağa adlı şəxsdir.  Nəhayət icra məmuru icra prosesini belə bir özbaşınalıq və qanunsuzluq əsasında başa çatdırır. 

Borclu dərhal məhkəməyə müraciət edir. Xətai rayon Məhkəməısinin hakimi Əminə xanım Abbasova ilk məhkəmə iclasında borclu tərəfin qaldırdığı bütün vəsatətləri təmin edir.  Hakim elə bir görüntü yaradır ki, həqiqətəndə tərəf hakimin qanuni qərar çıxaracağına inanır. İlkin məhkəmə iclası icra məmuru gəlmədiyinə görə təxirə salınır.  Növbəti məhkəmədə hakim video kadrlara baxış keçirir və müşavirə otağına yollanır.  İki cümlədən ibarət olan qərarı elan etmək üçün hakim borclunun vəkilini düz 1 saat  zalda gözlətdirir. Müşavirə otağından qayıdan hakim şikayətin təmin olunmamasını elan edir. 

Bəli, əsas məsələ hakimin qərarındadır. Yəni mahiyyət etibarı ilə hakimin qərarından belə görünür ki, icra məmuru nəinki qeyri rəsmi köməkçisi, hətta kənardan dəvət etdiyi istənilən hal şahidinə öz səlahiyyətlərinin icrasını həvalə edə bilər. Bax bu əsil biabrçılıqdır. Hakimin bu qərarı məhkəmə hakimiyyətinin şıffaflığına xələl gətirən haldır. Belə hakimlərin və icra məmurlarının qanunsuz hərəkətləri, əslində ölkə Prezidentinin siyasətinə qarşı çıxmaqdır. İstənilən hüquqi savadı olan bir şəxs nə hakimin qərarında ortaya qoyduğu mövqeyə haqq qazandıracaq, nə də icra məmurunun hərəkətlərini qanuni hesab etməyəcək. Çünki kadrlarda təsdiq edir ki, icra hərəkətləri təmailə qanunsuz həyata keçirilib. Hakimin mövqeyi isə hüquqa uyğun hesab edilə bilməz. 

Borclunun vəkili Mehdi Hüseynzadənin bildirdiyinə görə hakimin qərarından şikayət veriləcək. İnanaq ki, hakim növbəti addımında yol verdiyi hüquqi səhvi düzəldəcək. Amma və lakin...!  "İnanan daşa dönsün" desək yanılmarıq. Yenə də xəyal etməkdə bir fayda var. 

Bu baş verənlərlə bağlı daha tutarlı faktlarla 15 iyun 2021-ci il tarixdə saat 21:00-də Ümid Tv Azərbaycan kanalının canlı efirində daha ətraflı məlumatları izləyə biləcəksiniz.  Həmçinin canlı efirdə milyonçu ədliyyə qulluqçusunun kim olduğu və necə milyonçu olması  haqqında da iddia olunan faktlarla bağlı  məlumatları eşidəcəksiniz. 

Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəf mövqeyini bildirərsə dərc etməyə və işıqlandırmaöğa hazırıq. 

Qeyd edək ki, məsələ ilə bağlı bizim media sorğumuza Ədliyyə Nazirliyi tərəfindən bu günə qədər cavab verilməmişdir. Hal bu ki, 15 gün müddətində rəsmi olaraq sorğumuz cavablandırılmalı idi. 

Ardı var....


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 13 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı