QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6112_-son-z-ng-hansi-qaydalarla-kecirilir-bsti-mudiri-a

ELM VƏ TƏHSİL

Hamısı

"Son zəng" hansı qaydalarla keçirilir? - BŞTİ müdiri açıqladı

(3 Ay, 9 Gün öncə) 746 İzlenme 0 Yorum
"Son zəng" hansı qaydalarla keçirilir? - BŞTİ müdiri açıqladı

"Son zəng" tədbirləri pandemiya qaydalarına uyğun həyata keçirilir. Müəyyən təlimatlar var və təlimatlar ondan ibarətdir ki, "son zəng" tədbiri bir saat ərzində məktəb həyətində açıq havada keçirilə bilər və əgər çox məzun varsa, iki mərhələdə təşkil olunmalıdır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə deyib.

O qeyd edib ki, son zəngdə yalnız məzunlar və onlara dərs deyən məhdud sayda müəllimlər iştirak edə bilər: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları "son zəng"in pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilməsinə nəzarət edir. Biz əvvəlcədən bütün qaydaları və tövsiyələri məktəblərə vermişik və hazırda da bizim əməkdaşlarımız təhsil müəssisələrinə nəzarətə cəlb olunub”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı