QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6085_ankarada-turkiy-v-qirgizistan-prezidentl-rinin-gor

DÜNYA

Hamısı

Ankarada Türkiyə və Qırğızıstan prezidentlərinin görüşü keçirilib

(3 Ay, 14 Gün öncə) 435 İzlenme 0 Yorum
Ankarada Türkiyə və Qırğızıstan prezidentlərinin görüşü keçirilib

Qırğızıstan prezidenti Sadır Japarov Türkiyəyə rəsmi səfərə gəlib.

“Anadolu” agentliyinin məlumatına əsasən, o, Ankaradakı Prezident İqamətgahında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

 

Tərəflər arasında əvvəlcə ikili, sonra isə geniş tərkibdə görüş keçirilib. Rəsmi sənədlərin imzalanması mərasimindən sonra hər iki ölkə başçısının ortaq mətbuat konfransı təşkil olunub.

R.T.Ərdoğan qırğız həmkarı ilə terrorizmə qarşı mübarizə, iqtisadi əməkdaşlıq kimi məsələləri müzakirə etdiklərini bildirib. O, qeyd edib ki, tərəflər arasında ticarət dövriyyəsinin hazırki 507 milyon dollar həcmindən 1 milyard dollar səviyyəsinə çatdırılması hədəflənib.

S.Japarov da Türkiyənin beynəlxalq aləmdə nüfuzunun artmasının məmnuniyyət hissilə qarşıladıqlarını vurğulayıb. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin genişlənməsi perspektivlərini yüksək qiymətləndirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı