QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6072_-rdoganla-baydenin-gorusund-n-vv-l-abs-dan-qalmaqa

DÜNYA

Hamısı

Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA

(3 Ay, 14 Gün öncə) 199 İzlenme 0 Yorum
Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə iyunun 14-nə NATO zirvəsi çərçivəsində planlaşdırılan görüşündən əvvəl ABŞ-dan qalmaqallı açıqlamalar səslənib.

“Haber Global” məlumat verir ki, ABŞ Dövlət katibi Entoni Blinken bəzi iddialarla çıxış edib.

 

“Aramızdakı ayrılıqlar sirr deyil. Türkiyə NATO-nun müttəfiqi kimi davranmır”, - deyə o, Ankaranın Moskva ilə S 400-lərlə bağlı razılaşmasını xatırladıb.

Şərqi Aralıq dənizi ərazisində yaşanan proseslərdən də narahatlığını dilə gətirən Blinken bölgədə gərginliyin azaldılmasını müsbət qarşıladıqlarını bildirib.

 

O vurğulayıb ki, Bayden Ərdoğanla görüşündə bu mövzuları müzakirə edəcək. Blinken Türkiyənin Qərb dövlətləri ilə eyni sırada yer almasının hər iki tərəfin xeyrinə olduğunu bildirib və Ankara ilə Vaşinqton arasında Suriya, terrorla mübarizə, Rusiya və İranla bağlı siyasətdə fikir ayrılıqları yaşandığını xatırladıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı