QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6067_pasinyan-biz-h-r-an-qosunlari-geri-c-km-y-haziriq-

DÜNYA

Hamısı

Paşinyan: “Biz hər an qoşunları geri çəkməyə hazırıq”

(4 Ay, 25 Gün öncə) 262 İzlenme 0 Yorum
Paşinyan: “Biz hər an qoşunları geri çəkməyə hazırıq”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədində eskalasiyanı azaltmaq təklifi İrəvan üçün məqbuldur.

Bu barədə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Mülki Müqavilə” Partiyasının fəalları ilə görüşündə bəyan edib.

O, həmsədrlərin sərhəddəki gərginliyi azaltmaq, silahlı qüvvələri geri çəkmək, delimitasiya və demarkasiya ilə bağlı danışıqlara başlamaq üçün təcili addımların atılmasına çağırdığını xatırladıb.

“Həmsədrlərin təklifində göstərilən addımların məntiqi bizim üçün əsaslı şəkildə məqbuldur. Ermənistan hökuməti qətiyyətlə bu yolu tutur və biz hər an qoşunları geri çəkməyə hazırıq. Bunu eyni zamanda etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı ilə razılaşmasını gözləyirik”, - deyə o, bəyan edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı