QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6065_rusiyada-polis-ozbasnaligi-az-rbaycanli-basindan-g

DÜNYA

Hamısı

Rusiyada polis özbaşnalığı: Azərbaycanlı başından güllələndi - FOTO

(4 Ay, 25 Gün öncə) 399 İzlenme 0 Yorum
Rusiyada polis özbaşnalığı: Azərbaycanlı başından güllələndi - FOTO

Rusiyada polis saxlanılan şəxsin başından təsadüfən güllələyib.

“Mash” “Telegram” kanalı bununla bağlı kadrlar yayımlayıb.

Bildirilir ki, hadisə Novosibirskdə qeydə alınıb. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Kadrlardan görünür ki, sürücü şəxsiyyətinin müəyyən olunması üçün hüquq mühafizəçinin xidməti avtomobilinə tərəf aparılır. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil adlı şəxs polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb.

 

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bütün baş verənləri isə digər sərnişin telefonunun kamerasına çəkib. Kadrlarda gəncin güllələnməzdən əvvəl polislə azərbaycan dilində danışdığı görünür.

Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı