QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/6059_finlandiya-r-hb-rliyind-pulsuz-s-h-r-yem-yi-il-bag

DÜNYA

Hamısı

Finlandiya rəhbərliyində pulsuz səhər yeməyi ilə bağlı qalmaqal

(4 Ay, 25 Gün öncə) 657 İzlenme 0 Yorum
Finlandiya rəhbərliyində pulsuz səhər yeməyi ilə bağlı qalmaqal

Finlandiyada baş nazir Sanna Marinin ailəsinin pulsuz səhər yeməyi ilə əlaqədar böyük qalmaqal yaşanıb.

Məşhur “Iltalehti” qəzetinin yazdığına görə, dövlət büdcəsindən hər ay hökumət başçısının səhər yeməyinə təxminən 300 avro (621 AZN) xərclənir.

Eyni zamanda, Dövlət Şurası Ofisindən bildirib ki, bu məqsədlər üçün pul Paavo Lipponenin başçılıq etdiyi gündən bəri ayrılıb.

 

Ancaq ertəsi gün Ofis yoxlanılmamış məlumatlar yaydığına görə üzr istəyib. Keçmiş baş nazirin həyat yoldaşı Payavi Lipponen idarənin açıqlamalarından qəzəblənib, hətta məlumatları təkzib etməsini istəyib. O deyib ki, baş nazirin ailəsinin qidalalanması üçün büdcədən pul ayrılmayıb:

“Ailəmizin yemək xərcini özüm ödəmişəm. Hər şeyi özüm hazırlamışam, bişirmişəm və təmizləmişəm. Hətta mənzilimizin kirayə haqqını da özümüz vermişik”.

Baş Katiblik məlumatları yoxlayacağına, arxiv sənədlərini qaldıracağına və çekin əvvəllər elan edilmiş məlumatların etibarsızlığını göstərdiyi təqdirdə təkzib yayacağını vəd edib.

Həm də bu çek Finlandiya büdcəsindən gələn pulun hansı andan etibarən baş nazir ailəsinin naharına xərclənməyə başladığını göstərməlidir. Hökümət başçısına və ailəsinə pulsuz pişmiş yumurtaların çatdırılmasını əmr edən məmurun adı isə açıqlanmalıdır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı